Siyasət 15:34 02.02.2018

Həmsədrlər Dağlıq Qarabağa gedəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinə də gələcəklər.

APA-nın "aysor.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.
 
T. Balayan deyib ki, həmsədrlər fevralın 8-9-da İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparandan sonra oradan Dağlıq Qarabağa səfər edəcəklər.

Onların separatçı rejimin "rəhbərliyi" ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistan əvvəl həmsədrlər Azərbaycanda səfərdə olacaqlar.