Hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək (VİDEO)
Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxananın söküntüsünə qərar verilib. Yataqxanada məskunlasan 209 ailə artıq köçürülür. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödəniləcək.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində yerləşən, qəzalı vəziyyətdə olan 6A saylı yataqxananın sakinləri artıq köçürülməyə başlanıb. Qəzalı binada insanların yaşaması mümkün olmadığı üçün sökülməsinə qərar verilib.
Sumqayıt şəhər İcra hakimiyyətindən bildirilib ki, yataqxanada qeydiyyatda 209 ailə var. 1 nəfərlik ailə üçün 25 min, 2 nəfərlik ailə üçün 30 min, 3 və ya daha çox nəfərlik ailə üçün isə 35 min manat olmaqla sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödənilib. Sakinlər həmin vəsaitlərini aidyyatı üzrə müracət edərək əldə edə bilirlər.
Yataqxanada məskunlaşan ailələrin 150 manat kirayə pulu da 1 ay əvvəldən ödənilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər