Sağlamlıq 13:34 29.03.2019

Hər gün təmiz və mineral bulaq suyu içmək istəyirsinizsə... (FOTOLAR)

Məlumdur ki, hər kəs mənbəsindən götürülərək, heç bir proses aparılmadan təbii olan mineral sular içmək istəyir. Çox təəssüf ki, bizim ölkədə belə mənbələr çox azdır. Buna görə, təbiət suları qiymətli hesab olunur, belə sulardan biri də "Dübrar” təbii bulaq suyudur. 

QAFQAZ DAĞLARINDAN SÜFRƏNİZƏ

"Dübrar” su brendi bol minerallarla zəngin təbii bulaq suyudur. Bu su mənbəyi 1996-cı ildə Xızı rayonu Altıağac qəsəbəsi Vardah kəndində aşkarlanıb. 

Mənbəyini Böyük Qafqaz sıra dağlarının şərq yamacından 2500 m yüksəklikdə yerləşən daimi buzlaqlardan götürən Dübrar suyu, sağlamlıq üçün vacib olan minerallarla zəngindir.

FAYDALI VƏ EKOLOJİ TƏMİZ

"Dübrar” uşaqlar üçün də vacib su hesab edilir. Bu su əhvalı qaldırır və yeni bilikləri daha yaxşı öyrənməyə imkan verir. Pediatrların apardığı sistemli və kompleks müşahidələrin nəticəsi olaraq müxtəlif yaşlı uşaqlar və böyüklər üçün "Dübrar” ideal seçimdir.  

Bir çox laboratoriya analizlərinə görə bu su həzmə kömək edir və orqanizmi illərdən bəri yığılıb qalmış duzlardan, toksinlərdən təmizləyir. "Dübrar” suyu eyni zamanda ölkə xaricində də öz keyfiyyəti ilə tanınır. Misal olaraq Fransa Səhiyyə Nazirliyinin Paris Su Tədqiqat mərkəzində aparılmış analizlərin nəticəsini göstərmək olar. Mərkəz "Dübrar”-ın təmiz, heç bir qarışığı olmayan mineral süfrə suyu olması qənaətinə gəlmiş və içilməsini tövsiyə etmişdir. 

NECƏ İSTİFADƏ OLUNMALIDIR?

Qablaşdırılmış sular (plastik, damacana və ya polikarbonat) mənfi dad və qoxu verə biləcək hər cür mühitdən və qida maddəsindən uzaq tutmaq lazımdır. Sular sərin, günəş işığından uzaqda və quru yerlərdə saxlanmalıdır. Boş damacana qablarının içərisinə hər hansı bir yad maddə qətiyən atmaq olmaz. Damacana təhvil verildikdə qapağı ilə birlikdə təhvil verilməlidir. 

İstehlakçılar su qapaqlarının möhkəm bağlandığına diqqət etməlidir. Suyun rəngi şəffaf olmalı, bulanıqlıq və yaşımtıl olmamalıdır. Etiketi solmuş, qabının görünüşü dəyişmiş sular alınmamalıdır. Qablaşdırmanın üzərindəki etiketdə suyun adı aydın görünməlidir.

"Dübrar” təbii bulaq suyu pərakəndə satış, həmçinin evlərə və ofislərə çatdırılma ilə satış edir. Sifarişləri həm saytımızdan (dubrar.az), həm də birbaşa telefonla verə bilərsiniz:

Sifariş xətti:

+994 55 450 36 28
(012) 404 16 01