Ölkə 10:21 05.03.2014

Hərbçi qəzaya düşdü


Ucar rayonunun Alpout kəndi ərazisində baş verən yol qəzasında biri hərbçi olmaqla, üç nəfər xəsarət alıb.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Ucar rayon sakini 24 yaşlı Elvin Rəhimovun idarə etdiyi VAZ-2104 markalı minik maşını ilə, Ağdam rayon sakini 31 yaşlı Faiq Mehdiyev idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə VAZ-ın sürücüsü E. İbrahimov, sərnişini 22 yaşlı Mahmudov Vüsal Əlağa oğlu və "Mercedes"in sərnişini müddətdən çox xidmət edən hərbiçi Hacıqabul rayon sakini 26 yaşlı Nuruyev Niyaməddin Qasım oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info