Video 11:57 27.11.2020

Hərbçilərimiz Kəlbəcərin Zod qızıl yatağında (VİDEO)

Ermənistan Kəlbəcərin Söyüdlü kəndi ərazisində darvaza çəkib, tarixi sərhədləri təhrif edərək yeni sərhəd yaratmışdır. Bu gün Azərbaycan əsgərləri həmin sərhəddi dağıdıb, erməni hərbçilərinin o ərazidən çıxmağa məcbur ediblər. O kənddə Zod adlnan qızıl yatağı mövcuddur və beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütovlüyünə daxildir.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkənin Ermənistan seqmentində hazırda ən çox müzakirə olunan mövzu məhz budur. Ermənilər bu ərazinin Vardanes rayonuna aid olduğunu və Sotk qızıl yatağı adlandığını iddia edirlər.

Sosial şəbəkələrdə erməni tərəfi video yayıb. Videoda Azərbaycan əsgərlərinin qızıl yatağı olan ərazidə olduğu görünür.