Dünya 10:53 23.07.2018

Hərbi bazaya hücum: 27 əsgər öldürüldü

Somalidə Əş Şabab terrorçu qrupu hərbi bazaya hücum təşkil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, avtomobillə hücuma keçən və partlayış törədən terrorçular 27 əsgəri öldürüb, hərbi bazanı ələ keçirib, bəzi əsgərlər meşəyə doğru qaçıb. 

Hadisə ilə əlaqədar rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, Kismayo ərazisində yerləşən bazaya ötən ay da hücum edilmiş, 7 nəfər yaralanmışdı.

Gülşən