Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib.
MN-dən Qaynarinfo-ya verilən məlumata görə, məşqlərin ilkin mərhələsində gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub. Sonrakı mərhələlərdə gəmilər şərti düşmənin üzən minaları, dəniz və hava hədəflərini dəqiq atəşlə məhv ediblər.
Təlim məşqlərinə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər