Ölkə 21:11 12.04.2021

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

Qaynarinfo xəbər verir ki, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur.

Aprelin 14-dən park vətəndaşların ziyarətinə açıq olacaq. Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcək.