Dünya 16:12 09.08.2017

Həsən Ruhani 3 qadına yüksək vəzifə verdi

İran prezidenti Həsən Ruhani 3 qadını prezident köməkçisi vəzifəsinə təyin edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, seçki dövründə nazirlər kabinetində qadınlara yer verəcəyi barədə söz verən Ruhani bu vədinə əməl etmədi, lakin prezident köməkçisi vəzifəsinə 3 qadını təyin edib. Belə ki, qadın və ailə məsələləri üzrə prezident köməkçisi Məsumə Ebtəkar, hüquq məsələləri üzrə köməkçi Leya Cüneyd, vətəndaş hüquqları məsələsi üzrə isə köməkçi Şehindont Mollaverdi olacaq. 

Qeyd edək ki, İran İslam Respublikasında bu günə qədər tək qadın nazir 2009-cu ildə vəzifəsinə başlayan səhiyyə naziri Marzieh Vahid olub.

Gülşən

Qaynarinfo.Az