Dünya 11:43 06.08.2017

Həsən Ruhanidən ABŞ-a sərt mesaj

İranda 19 mayda keçirilən prezident seçkilərində qalib olan Həsən Ruhani parlamentdə and içərək vəzifəsinin icrasına başlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, andiçmə mərasimində açıqlama ilə çıxış edən Ruhani rəsmi Vaşinqtonu nüvə sazişi məsələsinə görə sərt tənqid edib. Ad çəkmədən Trampı tənqid edən İran prezidenti nüvə sazişinin tələblərinə əməl etməkdən boyun qaçıran qüvvələrə oxşar qarşılıq verəcəklərini, sanksiyalar tətbiq edəcəklərini deyib. 

Qeyd edək ki, Tramp ötən həftə İranın nüvə fəaliyyəti ilə mübarizə məqsədilə sanksiyalar paketi imzalayıb və bununla 2015-ci ildə qəbul edilmiş nüvə razılaşmasının maddələrinə əməl etməkdən imtina edib.

Gülşən

Qaynarinfo.Az