Həsən Zeynalov “Çırpınırdı Qara dəniz“-dən danışdı - AÇIQLAMA

Həsən Zeynalov “Çırpınırdı Qara dəniz“-dən danışdı - AÇIQLAMA

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyənin "Sabah" qəzetində Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun məşhur mahnılarından biri olan, sözləri Əhməd Cavada məxsus "Çırpınırdı Qara dəniz" mahnısının, guya, erməni şairi Sayat Novaya aid olması barədə yayılmış məlumata münasibət bildirib.


O, Aktual.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı bizim operativ müdaxiləmizdən sonra təkzib verildi:

“Bu məlumatı eşidən kimi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirinin müavini Vaqif Əliyevlə danışdım. Məsələ ilə bağlı mənə rəsmi arayış göndərilib. Azərbaycan ictimaiyyəti də, Türkiyə ictimaiyyəti də bilir ki, bu mahnının musiqisi Üzeyir Hacıbəyovun, sözləri isə Əhməd Cavadındır. Hər iki ölkə bunu milli marş kimi qəbul edir. Həmin mahnının not yazısını mənə göndərdilər. Mən müəlliflə danışdım və Azərbaycan xalqının bu məsələdən ciddi narazı qaldığını bildirdim. Məndə olan faktları təqdim etdim. "Çırpınırdı Qara dəniz" mahnısının erməni müəllifə aid edilməsi xəbərinin dərc olunduğu “Sabah” qəzetində, cəmi iki gün sonra mənim təkzibim çap olundu.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR