Foto 14:54 27.01.2020

“Həyat etüdləri” təqdim edildi

25 yanvar 2020 tarixində "Azərkitab” Kitab Təbliğatı Mərkəzində yazıçı Rövşən Yerfinin "Mücrü” Nəşriyyatında işıq üzü görən "Həyat etüdləri” kitabının təqdimatı və imza günü keçirilib.

Tədbirdə yazıçılar, tənqidçilər və müəllifin dostları iştirak edib.

Tədbiri açıq elan edən "Mücrü” nəşriyyatının direktoru Müşfiq Xan müəllifin yaradıcılığı ilə fikirlərini bölüşüb, "Mücrü” nəşriyyatının fəaliyyəti ilə bağlı məlumat verib. 

O bildirib ki, "Həyat etüdləri” kitabı yeni təsis olunmuş nəşriyyatın "Nəsr”  seriyasından işıq üzü görən ilk kitabdır. M. Xan yeni təsis etdikləri nəşriyyatın yerli müəlliflərlə işləməkdə maraqlı olduğunu xüsusi vurğulayıb.

Tədbir işrirakçıları yazıçı Rövşən Yerfinin yaradıcılığı haqqında xoş sözlər səsləndirib, tədbirin sonunda müəllif oxucular üçün kitab imzalayıb.