İdman 23:32 06.06.2020

Həyat yoldaşı irqçilik edən futbolçunun müqaviləsinə son qoyuldu

"Los-Anceles Qelaksi” klubu futbolçusu Aleksandar Katai ilə yolları ayırıb.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, qərar qarşılıqlı razılaşma əsasında qəbul edilib.

ABŞ mediasının məlumatına görə, buna səbəb 29 yaşlı futbolçunun həyat yoldaşı Teanın "Instagram" paylaşımları olub. Belə ki, serb futbolçunun xanımı "Instagram"da ABŞ-da afroamerikalının polis tərəfindən öldürülməsinə görə başlanan etiraz aksiyasının iştirakçıları barədə 2 sərt paylaşım edib. Bir paylaşımında o "etirazçılara ölüm” şüarı səsləndirib, digərində isə onları "iyrənc mal-qara” adlandırıb.

Həftənin üçüncü günü "Los-Anceles Qelaksi” bu hərəkəti pisləyib və irqçilik adlandırıb.