Sağlam həyat mövzusunda bir çox tədqiqatlar aparan Kinq Kollage Xəstəxanasının Elmi Tədqiqat İnstitutunun araşdırmalarına rəhbərlik edən professor Robert Vale "Sadəcə barmaqlarımızın uzunluğu belə, sağlamlığımız haqqında vacib məlumata sahib olmağımıza şərait yaradır. Siz də öz orqanizminizlə bağlı önəmli detallara fikir verərək, sağlamlığınızı qoruya bilərsiniz" deyir. Professor daha sonra əlavə edir ki: "Orqanizminiz siz fərqinə varmasanız da, sağlamlığınızla bağlı vacib xəbərdarlıqlar edir".
Professor Valeyə görə, dırnaqlardan gözlərə qədər, doğulduğumuz çəkidən ovcumuzun içinə qədər orqanizmimizdəki hər bir şey nəyinsə göstəricisidir.
Qaynarinfo professorun "Həyatınız xilas edəcək 16 işarə” dediyi testi sizə təqdim edir.
1. Dırnaqlar: Dırnaqlarınıza diqqətlə baxın. Əgər onların açıq göy və ya boz olduğunu görürsünüzsə, bu ürək xəstəliyini göstəricisidir. Dırnaqlarınızın həddindən artıq qalın olması, ya da üzərində ağ xırda ləkərlərin görünməsi nəfəs almağınızda, hətta ağciyərinizdə problemdən xəbər verir.
2. Nəfəsinizə nəzarət edin: Əgər dəqiqədə 15 dəfə nəfəs alıb-veririrsinizsə, sağlam ciyərlərə sahib olmağınız deməkdir. Yox əgər 25 dəfə nəfəs alıb-veririrsinizsə, o zaman sağlamlığınıza diqqət etməlisiniz.
3. Gözlər: Güzgüdə gözlərinizdən birinə baxın. Göz bəbəyinizin ətrafında ağ bir dairə varsa xolestrolunuzun yüksək olduğu deməkdir. Bu eyni zamanda ürək problemlərdən də xəbər verir.
4. Ovcunuzun içinə baxın: Ovuclarınızın içinə diqqətlə baxın. Əgər qırmızı və ləkəlidirsə - qaraciyər probleminizin olduğu deməkdir.
5. Yaddaş testi: Bir qabın üzərinə hər hansı 10 əşyanı qoyun. Qaba sadəcə 10 saniyə baxın. Neçə dənəsini xatırlaya bildiniz? Yaxşı yaddaşınızın olması Alzheimer xəstəliyinə tutulma riskinizin az oluğuna işarədir.
6. Əzələ testi: Arxası üstə yerə uzanın. Ayaqlarınızı dümdüz uzadın. Bir ayağınızı havaya qaldırın. Bir nəfər də yerdə olan ayağınızı tapdalasın. Əgər havada olan ayağınız tez yerə düşürsə, demək əzələlərinizdə zəyiflik var.
7. Görmə qabiliyyəti: Gözünüzün düz altında almacıq sümüyünün üstünə bir cədvəl yerləşdirin. Sonra cədvəlin üstünə kredit kartı qoyun, kartı ən rahat oxuduğunuz uzaqlığı ölçün. Nə qədər yaxına gəlirsə, gəlsin kartı rahat oxuya bilirsinizsə, demək gözləriniz sağlamdır.
8. Əlləriniz titrəyə bilərmi: Qollarınızı yerə paralel şəkildə qarşınızdakı nə isə bir şeyə uzadırmış kimi uzadın. Bu vəziyyətdə əllərinizə fikir verin. Əgər əlləriniz titrəyirsə, onda gələcəkdə onların əsməsi mümkündür.
9. Düz yerimək: Yerə bir metr uzunluğunda xətt çəkin. Əgər bu xəttin üstündə rahat yeriyə bilirsinizsə bu, bədəninizin koordinasiyasının yaxşı olması deməkdir.
10. Doğulduğunuz çəki: Anadan olduqda neçə kilo doğulduğunuzu öyrənin, 3 kilodan az doğulmusunuzsa gələcəkdə ürək xəstəlikləri ilə qarşılaşa bilərsiniz.
11. Beliniz yoğundurmu: Bədəninizin şəkli almaya bənzəyirsə, yəni artıq yağlarınız belinizin ətrafında toplanıbsa, yenə də ürək xəstəliyi ilə qarşılaşmaq riskiniz çoxdur.
12. Ayaq yoluna tez-tez gedirsinizmi: Şəkərin ən erkən siqnallarından biri tez-tez ayaq yoluna getməkdir. İstənilən halda ayaq yoluna 3 saatda bir gedilməlidir.
13. Nəbz testi: Nəbziniz nə qədər yavaş döyünürsə, o qədər çox yaşayacaqsınız. Nəbziniz 70-dən aşağıdırsa sağlamsınız.
14.Dişlərinizi fırçalayın: Əgər dişləriniz qanayırsa, yenə də ürəyiniz təhlükədədir.
15. Barmaqlarınızın uzunluğu: Şəhadət və üzük taxılan barmaqları eyni uzunluqda olan insanların infakt keçirmək riski daha çoxdur.
16. Topuqlarınız: Baş barmağınızla topuqlarınızın arxa hissəsinə basın. Əgər basdığınız nöqtədə çox çuxur yaranırsa, onda ürək, ağciyər, böyrək problemləriniz yarana bilər.
Bütün bu qeyd edilənləri tətbiq edərək orqanizmimizi daha yaxından tanıya bilərik. Ancaq nəticəyə gəlmək tezdir. Çünki istənilən halda düzgün nəticə elmi cəhətdən sübut edilmiş müayinə metodları ilə əldə edilir. Sağlamlığınızla bağlı hər hansı bir probleminiz varsa mütləq həkimə müraciət edin!
Nərmin Həsənli
Şərhlər