Foto 19:23 07.05.2019

Heydər Əliyev babasının məzarını ziyarət etdi (FOTOLAR)

Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Qaynarinfo xəbər verir ki, DTX rəisi Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. 

Mərhum prezidentin məzarını ziyarət edən əsgərlər arasında prezident İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev də olub.