Sənət 16:00 28.08.2020

Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini öz üzərinə götürdü

Xəbər verdiyimiz kimi bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artist Şeyx Əbdül Mahmudbəyovun müalicəsi dövlət tərəfindən nəzarətə götürülüb. 

Qaynarinfo yenisabah-a istinadən xəbər verir ki, rejissor prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun müraciətlərinə cavab verildiyini və müalicə xərclərini Heydər Əliyev Fondunun öz öhdəsinə götürdüyünü bildirib:

"Mən bütün KİV işçilərinə təşəkkür edirəm. Anar Ələkbərov müraciətlərimdən sonra mənə xüsusi qayğı ilə yanaşdı. Müalicəm üçün bir nəfər ayrılıb və dövlət hesabına davam edir. Hazırda sistem qoyulub, günü-gündən özümü daha pis edirdim, zəifləyirdim. Mədə bağırsağımla yanaşı bronxlarımdan da müalicə alacağam. Ümid edirəm tezliklə müalicəmi bitirib evə göndərilə biləcəm. Anar Ələkbərova dərin təşəkkürlərimi bildirirəm”.