Ölkə 12:36 17.04.2019

Heydər Əliyev Fondundan Musa Yaqubla bağlı açıqlama (RƏSMİ)

Sosial mediada və bəzi mətbuat orqanlarında şair Musa Yaqub və Vaqif Bayatlı Odərin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək veriləcəyi haqqında xəbər yayılıb.

Qaynarinfo xəbər verir ki, Kulis.az məsələyə aydınlıq gətirmək üçün Heydər Əliyev Fondu ilə əlaqə saxlayıb. Fonddan bildiriblər ki, hər iki şairin səhhəti Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin daimi nəzarətindədir:
 
"Hər iki şairin səhhəti ötən müddət ərzində daimi olaraq Fondun nəzarətində olub və bundan sonra hər iki ailəyə müvafiq dəstək göstəriləcəkdir” - deyə Fonddan bildiriblər.

Qeyd edək ki, bir qədər əvvəl şairlər Musa Yaqub və Vaqif Bayatlının ailələri də onların səhhəti ilə bağlı bir qrup şair və yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildirmişdilər.