Ölkə 22:06 06.04.2020

Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək

Aprelin 6-da Heydər Əliyev Mərkəzinin binası üzərində Almaniya Federativ Respublikasının bayrağı videoproyeksiya olunub.

Qaynarinfo xəbər verir ki, "COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın  beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.  Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. 

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.