Ölkə 15:22 22.12.2017

Heydər Əliyevin cangüdəni nə vaxt dəfn olunacaq?

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dekabrın 23-də dəfn olunacaq.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, A.İvanov ilə vida mərasimi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saat 12-dən 14-dək keçiriləcək.

A.İvanov Bakıda Yasamal qəbiristanlığında dəfn ediləcək.

Vətəndaşlar üçün vida mərasimi Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında baş tutacaq.

Xatırladaq ki, "İnterfaks-Azərbaycan"ın baş direktoru ötən gün beyninə qan sızması nəticəsində ömrünün 68-ci ilində Moskvada vəfat edib. O, 1950-ci il iyulun 12-də Bakıda anadan olub, 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan"ın baş direktoru təyin edilib. A.İvanov Azərbaycan DTK-sının beşinci şöbəsinin 9-cu bölməsində işləyib. Həmin şöbə Siyasi Büroya namizəd, MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təhlükəsizliyinin təminatı ilə məşğul idi.