Dünya 12:04 12.08.2017

Hicabı zorla çıxarılan qadına təzminat veriləcək

ABŞ-ın Kaliforniya ştatında məhkəmə hicabı çıxarılaraq dini ayrıseçkiliyə məruz qalan qadına təzminat ödənilməsi barədə qərar qəbul edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Amerika-İslam əlaqələri komissiyasının verdiyi məlumata əsasən, keçən il hicabı polis tərəfindən zorla çıxarılan Körsti Pauel adlı müsəlman qadın məhkəməni udub və ona 85 min dollar pul ödənəcək.

Qeyd edək ki, qadın həbs edilən zaman polis ona müdaxilə etmişdi. "Long Beach" polis idarəsi ötən il baş verən hadisə zamanı şübhəlilərin üzərindən kəmər, ayaqqabı bağı və başı örtən geyim kimi əşyaların qanunun tələbinə görə çıxarıldığını demişdi.

Gülşən

Qaynarinfo.Az