Hicran Şərifov gənc hakimlərin olimpiadaya gedən yolunu kəsir

Hicran Şərifov gənc hakimlərin olimpiadaya gedən yolunu kəsir

Tokio Yay Olimpiya oyunlarının güləş yarışlarına seçim anı yaxınlaşdıqca, həyacan ikiqat artıb. Hər bir idmançı kimi, hakimlər də olimpiadaya düşmək arzusundadırlar. Pəhləvanlarımızın medal qazanacağına heç kəsdə şübhə yoxdur. Amma ədalət təmsilçiliyində bizdən ora kimlər yollanacaq? Bu, sual doğurur.

Məsələ burasındadır ki, bu məsələ ətrafında gərginlik yaranıb. Belə ki, Tokio-2020-də Hicran Şərifovun indidən yerini təmin etdiyi deyilir. 54 yaşlı mütəxəssis bundan öncə 3 olimpiadaya təyinat alması gənc hakimlərin istər-istəməz qıcığına səbəb olub.

2015-ci ildə 50 illik yubileyində vida mərasimi keçirsə də, hakimlikdən getmədi. Əvəzində 2016-cı ilin 7-13 martında Riqada keçirilən Avropa çempionatının 63 kq-da Anastasiya Qriqoryeva (Latviya) - Yuliya Ostapçuk (Ukrayna) arasında final görüşündə etdiyi səhv Hicran Şərifovu Riodan edirdi. Onu hətta birgünlük hakimlikdən uzaqlaşdırmışdılar. Həmin dövrdə digər azərbaycanlı, Asif Şirəliyevin şansı yüksək qiymətləndirilsə də, sonradan müəmmalı şəkildə, gözlənilmədən gənc referiyə UWW-dən "yox” cavabı gəldi. 

Bildirilir ki, 54 yaşlı mütəxəssis Dünya Güləş Birliyinin vitse-prezidenti Mixail Mamiaşvili ilə isti münasibətdədir. Rusiyalı idman adamı qurumda söz sahiblərindəndir. Gəzən söz-söhbətə görə, onları zamanında keçmiş AGF prezidenti Abbas Abbasovla yaxınlaşdırıb. İdman ekspertlərinin fikrincə, Tokio olimpiadasında növbə gənc hakimlərin olsa da, Şərifov onların önünü kəsib. Baxmayaraq ki, bütün nailiyyətə, orden və mükafatlara sahibdir. O, Paris-2024 olimpiadasında da fit çalıb, ondan sonra getmək istəyir. Güləş qaydalarına əsasən, 60 yaşdan sonra hakimliyə icazə verilmir. Demək, AGF-in keçmiş və hazırkı hakimlər kollegiyalarının sədrləri Xanmirzə Məlikəliyevlə Qərib Əliyev kimi, digərləri də heç vaxt olimpiya oyunları görməyəcəklər. Çünki yaşları, şərait və sıxlıq buna imkan verməyəcək. Maraqlıdır ki, təqaüdə çıxmış bu 2 həmyerlilərimizin bacarığı, nüfuzu Hicran Şərifovdan çox və qabaq olub. Amma nədənsə, Pekin-2008 olimpiadasına onlardan biri deyil, "Cəngi"nin sahibi yollanıb. Bu məsələ indiyədək qaranlıq qalıb.

İntiqam Alıyev, Asif Şirəliyev və Sədi Quliyev də İ-S kateqoriyalılardandır. Hər 3 referi gəncdir: onların Tokio olimpiadasına yollanmalarınının əsl vaxtıdır. Adları ilk 2 çəkilən daha təcrübəlidirlər və Yaponiyada ədaləti qorumağa daha çox haqq edirlər. Amma nə fayda? AGF hələ konkret mövqe
numayiş etdirmir. 

Güləş Federasiya KİV-ə açıqlamasında bəyan edir ki, sözügedən hakim onların əməkdaşı deyil. Onda Şərifova nə düşüb ki, federasiyanın bütün toplantılarına qatılır? Hətta birində özünü polis paltarında yetirib. Minsk-2019 Avropa oyunlarına yollanan heyətdə olmasa da, yola salmada yer alıb. Niyə məhz o? Söhbət olimpiya dərəcilərdən gedirsə, niyə foto-kadrda digərləri yoxdurlar? Demək, AGF ikibaşlı oynayır. Hər imtahan düşünməyə əsas verir. Ümid edirik ki, ədalət gənc ədalət təmsilçilərinin simasında öz yerini tapacaq.

Mənbə: fanat.az
XƏBƏRLƏR
BLOGLAR