Siyasət 20:23 15.08.2020

Hikmət Hacıyevdən Rusiyanın Ermənistana silah göndərməsinə reaksiya

"Rusiyanın Ermənistana silah göndərməsi məsələsi Azərbaycan və Rusiyanın dövlət başçıları səviyyəsində müzakirə olunub. Rusiya ilə Azərbaycan arasında çox şəffaf və açıq dialoq mexanizmi var".

Qaynarinfo verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyadan Ermənistana 400 milyon dollar həcmində silah göndərilməsi məsələsini şərh edərkən deyib.

"Ölkələr arasındakı mövcud tərəfdaşlıq münasibətləri çərçivəsində hər bir məsələ açıq və dostcasına müzakirə olunur", - deyə Hikmət Hacıyev qeyd edib.