Dünya 18:33 16.07.2020

Himalayda fəlakətli zəlzələlərə səbəb olacaq təhlükəli çatlar üzə çıxdı

Nepalın cənub-şərq hissəsində alimlər təhlükəli çatlar aşkar edib. 

Qaynarinfo xəbər verir ki, bu, sıx məskunlaşmış ərazidə güclü zəlzələ yarada bilər.

Bu faktı ərazidə neft tapmaq üçün aparılan kəşfiyyat işləri zamanı Albert Universitetinin kanadalı tədqiqatçıları əldə ediblər. Üstəlik, Himalay dağ silsiləsinin ön tektonik zonasının əvvəllər düşünüldüyündən 40 kilometr cənubda olduğu təsbit edilib. Bu, Himalayların deformasiyasının daha geniş olduğunu göstərir, bu da öz növbəsində əvvəllər məlum olmayıb.

Alimlər təhlükəli uçqunları neft axtarışı zamanı toplanan seysmik profillərdən istifadə edərək tapıb. Tədqiqatçıların fikrincə, belə təhlükəli xəsarət çox ciddi zəlzələ riskinin olduğunu göstərir.

"Bu ərazinin əhəmiyyətli hissəsinin altında demək olar ki, üfüqi bir çat var ki, həmin hissə bunun arasından sürüşə və dəhşətli bir zəlzələ yarada bilər”, - araşdırma müəlliflərindən biri Con Valdron deyir.

Xatırladaq ki, Himalay dağları Avrasiya və Hindistan platasının yalnız müasir Nepal bölgəsində toqquşması nəticəsində yaranıb. Bu bölgə seysmik olaraq qeyri-sabitdir. Bu gün Hindistan lövhəsi ildə 5 sm sürətlə Şimal-şərqə doğru irəliləyir. Son 20 ildə ərazidə 2004 və 2006-cı illərdə 360 mindən çox insanın ölümünə səbəb olan iki böyük zəlzələ baş verib.
 
Alpər