Dünya 09:04 20.10.2018

Hindistanda 2 qatar kütləyə çırpıldı: azı 61 ölü, 72 yaralı var

Hindistanın Pəncab vilayətində 2 qatar insanlara çırpılıb.

Qaynarinfo Indian Express-ə istinadən xəbər verir ki, Amritsar yaxınlığında Düşehra bayramını qeyd edən kütlə qatar yoluna yığışıb və qatarlar tərəfindən əzilib. Hadisə zamanı azı 61 nəfər ölüb, 72 nəfər yaralanıb. 

Ölkənin baş naziri Narendra Modi faciə zamanı ölənlərin və yaralananların yaxınlarına kompensasiya ödəniləcəyini açıqlayıb.

Gülşən