Dünya 09:28 09.03.2020

Hindistanda İtaliyadan qayıdan 3 yaşlı oğlanda koronavirus aşkarlandı

Hindistanın Kerala əyalətində ailəsi ilə birlikdə bu yaxınlarda İtaliyadan gələn üç yaşlı uşaqda koronavirus aşkar edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda NDTV telekanalı məlumat verib. Hava liomanında isitiliyi müşahidə edilən 3 yaşlı oğlanda qızdırma aşkarlanıb, bunun nəticəsində o və bütün ailəsi karantinə alınaraq müayinəyə göndərilib. Bazar ertəsi əldə edilən nəticələr uşaqda koronavirusun olduğunu təsdiqləyib.

Xatırladaq ki, xəstəliyin əvvəlcə qeydə alındığı materik Çində koronavirus infeksiyası hallarının ümumi sayı 80 735 nəfər təşkil edir, 3119 nəfər ölüb, 58 600 nəfər sağlığına qovuşub. Qeyd edilir ki, yeni infeksiya Hindistanda 41-ci hal kimi qeydə alınıb. Xəstələnənlərdən üçü sağalaraq evə buraxılıb. 

Alpər