Dünya 11:01 18.12.2018

Hindistanda xəstəxanada yanğın: çox sayda ölü və yaralı var

Hindistanın Mumbay şəhərində xəstəxanada yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, Kamqar Dövlət Xəstəxanasında baş verən yanğın qısa müddət ərzində binaya yayılıb. Hadisə 6 nəfərin ölümünə, 147 nəfərin yaralanmasına səbəb olub. Yanğın nəzarət altına alınıb və xəsarət alanlar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

Gülşən