Dünya 13:37 16.05.2018

Hindistanda yerüstü keçid çökdü: 18 ölü, 5 yaralı

Hindistanda yerüstü keçidin çökməsi 18 nəfərin ölümünə səbəb olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Varanasi ərazisində baş verib. 5 nəfərin yaralandığı bildirilir, onlardan 2-sinin vəziyyəti ağırdır. 

Ölkənin baş naziri Narendra Modi "Twitter" hesabında qəza ilə bağlı yazaraq təəssüfünü dilə gətirib.

Gülşən