Dünya 11:51 14.10.2018

Hindistanda zika virusu təhlükəsi

Hindistanın Racəstan ayələtində son 21 gündə 55 nəfərdə zika virusu aşkar edilib.

Qaynarinfo xəbər verir ki, virus aşkar edilən şəxslərdən 11-i hamilədir. Ərazidə 26 min ev səhiyyə işçiləri tərəfindən yoxlanılıb. Ağcaqanad, qan və cinsi yolla keçən virusa ilk dəfə 1947-ci ildə Uqandanın Zika meşələrində rast gəlinib. Virus hamilələrə keçsə, uşaqların inkişafında ciddi problem yarada bilər. 

Virusun əlamətləri gözlərdə qızartı, qusma, baş, əzələ, oynaq ağrısı, yüksək temperaturdur. Xəstəliyin konkret müalicəsi yoxdur.

Gülşən