Video 22:31 08.09.2018

Hindistanlı çütlük Bakıda dəbdəbəli toy edib: mərasim 3 gün davam edib (VİDEO)

Hindistanlı çütlük Bakının mərkəzində özünə toy edib. Nağıllardakı kimi 3 gün, üç gecə davam edən toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın müğənni, musiqiçi, rəqqasə dəvət olunub. Toy hind adət-ənənələrinə uyğun təşkil edilib.

Xezerxeber.az-ın məlumatına görə, "Azneft" meydanından keçən "toy karvanı" görənlərin marağına səbəb olub.

Ardınca toy mərasimi paytaxtımızın məşhur məkanlarında biri olan "Alov qüllələri"ndə 3 gün, 3 gecə davam edib. Maitili Saqar və Rohit Hubta cütlüyünün möhtəşəm toy mərasimi 4, 5 və 6 sentyabr tarixlərində baş tutub.

Mərasimdə 400-dən çox hindistanlı iştirak edib.

Toyun "Alov qüllələri"ndə keçirilməsinin səbəbi isə olduqca maraqlıdır. Belə ki, hindistanlılar oda sitayiş etdikləri üçün məhz bu məkanıseçiblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: