Ölkə 11:09 28.07.2018

Hirkan Milli Parkındakı yanğın söndürülüb (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Hirkan Milli Parkında baş verən yanğın barədə məlumat yayıb.

Qaynarinfo FHN-in saytına istinadən xəbər verir ki, iyulun 27-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. 

Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb.
 
***23.03
 
Lənkəranda Hirkan Milli Parkının ərazisində yanğın başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Şovu kəndinə yaxın ərazidə qeydə alınan yanğının söndürülməsinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi ilə yanaşı, mülkü əhali də cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.