HİV virusuna yoluxan qadın Azərbaycana deportasiya edildi (FOTO)

HİV virusuna yoluxan qadın Azərbaycana deportasiya edildi (FOTO)

Türkiyədə Karaman Polis Şöbəsinə Türkiyə vətəndaşları - 50 yaşlı Mehmet D., 53 yaşlı Həsən Hüseyn D., 46 yaşlı Erdal Y.-nın əcnəbi qadınlara pul qarşılığında zorakılıq tətbiq etdiyi məlum olub. 

Qaynarinfo xəbər ki, hüquq-mühafizə orqanları əməkdaşlarının Karaman bölgəsində keçirdiyi əməliyyat çərçivəsində Mehmet D., Həsən Hüseyn D., Erdal Y., Həvva C. və Azərbaycan əsilli H. M. saxlanılıb.

Araşdırma zamanı "Çavuş” ləqəbli Mehmet D.-nin şəhərdəki litseylərin birində məmur işlədiyi məlum olub. Türkiyə vətəndaşları polis bölməsində ifadə verdikdən sonra şərti olaraq sərbəst buraxılıblar. Həvva C. isə azadlığa buraxılıb.

Qeyd edək ki, 35 yaşlı H. M.-də tibbi müayinə zamanı cinsi yolla keçən və QİÇS-ə yol açan HİV virusunun olduğu aşkarlanıb. Qadın Azərbaycana deportasiya edilib. 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR