Siyasət 12:59 18.02.2021

Hökumət istefa verdi, Bakıdakı üçtərəfli görüş təxirə salındı

Fevralın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, buna səbəb Baş nazirin müavini, Xarici İşlər naziri David Zalkalianinin Azərbaycana səfəri Baş nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.