Maqazin 16:51 03.09.2014

Hollivud əfsanəsi "Kurtlar vadisi"ndə - FOTOLAR

Endi Qarsia çəkilişlər üçün bu gün Türkiyəyə gəlir

Hollivudun əfsanəvi aktyorlarından olan Endi Qarsia sentyabr ayından etibarən yeni bölümləri ilə Kanal D-də yayımlanacaq fenomen serial "Kurtlar Vadisi Pusu"un yeni sezonunda kamera qarşısına keçəcək. 

ANS PRESS-in məlumatına görə, məşhur aktyorun bu gün Türkiyəyə gələcəyi planlaşdırılır. "Kurtlar Vadisi Pusu"un ötən ilki mövsümündən yaranan suallara cavab olaraq Qarsia Amon obrazında tamaşaçıların qarşısına keçəcək. Aktyor filmin çəkilişləri üçün İstanbula uçacaq. Çəkilişlərin təxmini olaraq 3-4 gün davam edəcəyi bildirilir. İzləmə rekordu qıran serial bu aydan etibarən izləyicilərini yenidən ekran qarşısına toplayacaq.

Qeyd edək ki, Məhmət Çələbinin böyük köməyindən sonra Endi 8 il bundan öncə "Kurtlar Vadisi"ndə çəkilmək üçün Şeron Stoun ilə birlikdə sözügedən filmdə rol almışdı. 

Qaynar.info