Dünya 12:55 21.02.2019

Homoseksual baş nazir valideyn oldu

Serbiyanın homoseksual baş naziri Ana Brnabiç valideyn olub.

Qaynarinfo xəbər verir ki, Brnabiçin sevgilisi Miliça Dyurdiç oğlan uşağı dünyaya gətirib. Körpəyə İqor adı verilib. Dyurdiç süni mayalanma ilə hamilə qalmışdı. 

Brnabiç 2017-ci ildən bəri Serbiyanın baş naziridir. O, vəzifəsi dövründə valideyn olan ilk baş nazirdir.

Qeyd edək ki, ölkədə homoseksual nikahlar qanuni deyil və homofobiya yüksək səviyyədədir. Serbiyada homoseksual şəxslərin övladlıq götürmək hüququ yoxdur.

Gülşən