Dünya 09:55 17.02.2020

Hong Kongda görünməmiş oğurluq: 600 rulon tualet kağızı...

Bir qrup silahlı şəxs içində 600 rulon olan 50 paket tualet kağızı oğurlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post” yazıb.

Nəşr qeyd edir ki, hadisə ada sakinlərinin mağazalardakı məhsul qıtlığı ilə bağlı narahatlığı zamanı baş verib. Meqapolis sakinləri artıq kütləvi şəkildə ət, düyü, əriştə, tualet kağızı, sabun və digər mallar alırlar. Bu təlaşlı alış-verişlər Çində yeni növ koronavirus epidemiyası haqqında şayiələrin fonunda baş verib.

Hadisə bazar ertəsi səhər altıda baş verib. Dükanlara mal çatdıran şəxsə mağazanın yaxınlığında üç maskalı şəxsə hücum edib. Hücum edənlərdən birində bıçaq olub. Zərərin miqdarı 130 dollar qiymətləndirilir.