Dünya 11:32 09.07.2019

Honkonqda kütləvi etirazlara səbəb olan qanun layihəsi "öldü"

Honkonqda həftələrdir davam edən etiraz aksiyalarının səbəbi olan ekstradisiya qanunu "ölü" elan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Konkonq rəhbəri Kerri Lam açıqlama verib. O, qanun layihəsində dəyişiklik etmək üçün başlanan iş prosesinin uğursuzluqla nəticələndiyini bildirib.
 
K.Lamın sözlərinə görə, yeni ekstradisiya qanununun qəbul edilməsi ilə bağlı plan yoxdur. O, Honkonq etirazları ərzində baş verən hadisələrə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, ekstradisiya qanunu cinayət törətmiş şəxslərin Çin, Tayvan və Makaoya təhvil verilməsini nəzərdə tuturdu. Honkonq sakinləri isə qanun layihəsinin bölgəni Çindən daha da asılı vəziyyətə salacağını bildirərək nümayişlər təşkil edirdi.

Gülşən