Video 12:58 19.02.2019

"Huawei Mate 20 Pro"nun ekranında ciddi problemlər var - İstifadəçilər şikayət edir

Huawei şirkətinin yaxın aylarda təqdim etdiyi yeni "Huawei Mate 20 Pro" smartfonlarının ekranında ciddi problem olduğu üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, əksəriyyəti Avropa ölkələrindən olan istifadəçilər Mate 20 Pro modellərinin ekranında yaşıl ləkələrin əmələ gəldiyindən şikayətlənirlər.

Şirkət 6.39 düyüm genişliyində olan QUAD HD+ keyfiyyətli AMOLED ekranları LG və BOE firmalarından alıb. Problemin də əsasən LG şirkətindən alınmış AMOLED ekranlarda olduğu düşünülür.


 
"Huawei Finlandiya" sözügedən şikayətlərin ardından dəyişmə kampaniyasına start verib və problemli telefonların yeniləri ilə əvəz ediləcəyi bildirilib. Lakin oxşar problemlərin dəyişdirilmiş modellərdə də ortaya çıxacağı istisna edilmir.

Həmçinin yeni modeldə ekran işığının əsməsi, sönüb yanması və şəbəkənin zəif olması kimi problemlərin olduğu da qeyd olunur. "Huawei"in yeni modellərindəki bu problemlərlə bağlı "YouTube" platformasında çoxsaylı videolar yerləşdirilib:

 
Qeyd edək ki, "Huawei" şirkəti yeni smartfonlarını yaxın zamanlarda Bakıda da təqdim edib. Mobil telefon istifadəçiləri yeni modellərin qiymətinin mobil telefon bazarı üçün yüksək olduğu bildirilir. Şirkətin özü də təqdimatda qiymətləri açıqlayıb. Belə ki, limitli sayda istehsal olunan "Huawei Mate 20 RS Porsche Design" modelinin satış qiyməti 4000-4500 AZN civarında satılır.