Ölkə 10:53 30.10.2020

Hücum etmək istəyən düşmənin qarşısı alındı: İtki verən işğalçılar geri çəkildi (RƏSMİ)

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb.

Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.