Ölkə 20:20 08.06.2018

Hüquqşünas Emin Aslanın apellyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquqşünas Emin Aslanın barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, prosesdə şikayət təmin edilməyib.

Şikayətdə E. Aslan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun azadlığa buraxılması istənilirdi. 

Qeyd edək ki, Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) təqsirli bilinərək, Nərimanov rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbs cəzasına məhkum edilib.