Ölkə 13:16 17.02.2016

Hüquqşünasın avtomobilinin şüşələri sındırıldı

Bakıda tanınmış hüquqşünasın avtomaşınından oğurluğa cəhd olub.

Report xəbər verir ki, Nəsimi rayonu, 28 may küçəsində hüquqşünas Gülnar Nəzərliyə məxsus 99 GN 099 dövlət nömrə nişanlı “Hundai” markalı avtomobilin şüşələri sındırılıb.

Maşından oğurluq edilib-edilmədiyi, hadisənin kim tərəfindən törədildiyi araşdırmalardan sonra məlum olacaq.

Qaynar.info