Dünya 11:15 24.02.2020

Hyuston bazarına silahlı hücum: yeddi yaralı

Silah yarası almış yeddi nəfər Hyuston xəstəxanalarına aparılıb. 

Qaynarinfo xəbər verir ki, bu haqda şerif Harri Ed Qonsales məlumat verib. Hadisə ABŞ-ın Texas ştatının ən böyük şəhərdə yerləşən geyim bazarında baş verib. 

"İlkin məlumat budur: yeddi nəfər güllə yarası alıb, indi xəstəxanalara aparılırlar", - şerif Twitter-də bildirib və əlavə edib ki, "ağır" yaralılar yoxdur.
Bildirilir ki, hadisə yerində bir kişi tutulub.
 
Alpər