Ölkə 21:33 27.10.2021

I qrupda bu abituriyentlər kimyadan yox, informatikadan imtahan verəcək

"2022-2023-cü tədris ilində I qrupda informatika üzrə ixtisasları seçən abituriyentlərə imkan veriləcək ki, onlar kimyadan yox, informatikadan imtahan versinlər”.

Qaynarinfo  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

"Bununla əlaqədar əlavə elan gələn həftə daha dəqiq şəkildə bizim saytımızda olacaq. Bugünkü alqoritmə uyğun olaraq, I qrupda da dəyişikliklər bir ildən sonra nəzərdə tutulur”, - o qeyd edib.