İdman 10:37 07.05.2013

İbrahim Tatlıses "Fənərbağça"ya baş məşqçi təklif etdi

Məşhur türk müğənnisi İbrahim Tatlıses son iki mövsümdə çempionluq mübarizəsini "Qalatasaray"a uduzan "Fənərbaxça"ya maraqlı təklif verib. 

Fanat.az xəbər verir ki, "İmperator" ləqəbli müğənni komandaya Yılmaz Vuralı təklif edib.

"Qalatasaray"ı təbrik edən İbo azarkeşi olduğu "Fənərbaxça"nı sərt tənqid atəşinə tutub: "Bizə Yılmaz Vural kimi bir baş məşqçi lazımdı. Çılğın, davakar, həyacanlı, coşqulu. Rəzil olduq. Bu da bizə yetər, bir dəstəmazla bir namaz qılarıq. Bütün "Qalatasaray"lıları ürəkdən təbrik edirəm. Haqq etdiniz qardaşlarım. Vallah, Yılmaz Vural bu yükü qaldıra bilər, ya yox. Onu bilmirəm. Amma "Elazığspor"a baxın, nə demək istədiyimi anlayarsız".

Qaynar.info