Dünya 17:37 07.10.2017

Çiçəkləyən qəzet (FOTO/VİDEO)

Yaponiyada çap edilən "The Mainichi Shimbunsha" qəzetini oxuyandan sonra torpağa əkib bitki əldə etmək mümkündür.

"Qaynarinfo" xəbər verir ki, qlobal iqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə Yaponiyanın ən böyük agentliklərindən biri tərəfindən hazırlanan qəzetə çiçək, tərəvəz toxumları yerləşdirilib. Qəzeti oxuyandan sonra əkmək və nəticə əldə etmək mümkündür. Çapda istifadə edilən mürəkkəbin bitki tərkibli olması əkilən qəzet üçün gübrə funksiyasını yerinə yetirir. 

Yaponiyada yaxşı nəticə verən layihə nəticəsində gündə 4 milyon qəzet satılır və 700 min dollar gəlir əldə edilir.



Gülşən

Qaynarinfo.Az