Dünya 17:25 03.11.2017

İçib Danimarkadan Qrenlandiyanı tələb etdi

ABŞ-da yaşayan gənc spirtli içkidən çox istifadə edəndən sonra Danimarka hökümətinə "email" yazaraq Qrenlandiyanı istəyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı Co içkili vəziyyətdə Danimarka hökümətinə "Qrenlandiyadan istifadə edirsiniz?" başlıqlı "email" yazaraq adaya sahib olmaq istədiyini, bir dostu ilə ərazini idarə edə biləcəyini, bunun Qrenlandiya xalqı üçün yaxşılıq olduğunu, əgər təklifi qəbul etməsələr, əraziyə qarşılıq kimi bəzi "Xbox" oyunlarını və "Rolling Stone" jurnallarını verə biləcəyini deyib.

Səhər "email"ə cavab gəldiyini görən Co qeyri-qanuni hərəkət etməsindən qorxaraq narahat olub, lakin Danimarka hökümətindən gələn cavabda "Əziz Co, "email"in üçün təşəkkür edirik. Böyük arzuları sevirik. Bir gün arzularının reallaşıb-reallaşmayacağını bilmək mümkünsüzdür, lakin Qrenlandiyanı sənə verə bilmərik. Soruşduğun üçün sağ ol. Bəlkə də kiçik arzudan başlamalısan. Budur, Qrenlandiyada şagirdlərə ingiliscə öyrətmək üçün işçi axtaran vakansiya. Özünə uyğun ölkə tapmaqda sənə uğurlar" yazan hökümət işçisi mətnə iş vakansiyasının linkini də əlavə edib. Gəncə yazılan cavabda Danimarka xarici işlər nazirliyinin imzası olub.

Atdığı addıma görə peşman olmadığını deyən Co iş üçün müraciət etmədiyini və buna görə peşman olduğunu deyib. 

Gülşən
Qaynarinfo.Az