Dünya 15:35 27.12.2017

İçkidən ölənlərin dəfnində içki içib öldülər

Dominikan Respublikasında evdə istehsal edilən saxta içkidən ölən şəxslərin cənazəsinə qatılanlara eyni içki təklif edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, tərkibində metil spirti olan içki 2 dəfə, ümumilikdə 12 nəfərin ölümünə səbəb olub. Səhiyyə nazirliyi 21 nəfərin xəstəxanada müalicə alması barədə məlumat yayıb.

Qeyd edək ki, Dominikan Respublikasına qonşu ölkə olan Haitidə şəkər qamışından saxta likör hazırlanması geniş yayılıb.

Gülşən