Maqazin 16:50 24.03.2015

İcra başçısı arvadını açıq-saçıq şəkillərinə görə atdı - FOTOLAR

Ukraynanın Xarkov ərazisinin Derqaçevski rayonunun yeni başçısı Aleksandr Polituxin selfi həvəskarı olan həyat yoldaşından boşanmaq qərarına gəlib. Anspress-in məlumatına görə, buna səbəb 32 yaşlı Yelena Polituxanın paylaşdığı seksual selfiləri olub. 

Həyat yoldaşının evi tərk edərək getməsi gənc qadını sözün əsl mənasında şoka salıb. Əri tərəfindən tərk edilən selfi həvəskarı azyaşlı oğlu ilə tənha qalıb. 

Ukraynalı sarışın gözəl ərinin heç bir açıqlama vermədən getdiyini deyib. Lakin ailənin yaxınları siyasətçinin evdən ayrılmasına səbəb kimi arvadının açıq saçıq fotolarını göstəriblər. 

Əri evi tərk etdikdən sonra çətin günlər keçirən Yelena təsəllini yenə də internetdə tapıb. "Bir anayam. Övladım var və 10 illik evliyəm. Ərim heç nə demədən evi tərk edib" sözlərindən sonra ona dəstək mesajları gəlməyə başlayıb. 

Aleksandr Polituxa dövlət işində çalışana qədər bizneslə məşğul olub və o, Ukraynada ən böyük sabun istehsalçılarından biri hesab edilir.












Qaynar.info