Ölkə 11:14 22.09.2020

İcra başçısı oğlu qızını güllələyən məmuru işdən çıxardı

Xəzər rayon İcra Hakimiyyətinin başçısı qalmaqallı nümayəndəsini işdən çıxarıb.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, başçı Elşən Salahovun əmri ilə Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayev tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün öncə sabiq icra nümayəndəsinin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.