Video 10:38 14.05.2018

İcra başçısı türk müğənniyə torpaq hədiyyə etdi (VİDEO)

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcək.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi "ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib. 

Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: "Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.