Ölkə 10:22 21.02.2019

İcra başçısına ağır itki üz verib

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə ağır itki üz verib.

Qaynafrinfo publika.az-a istinadən xəbər verir ki, icra başçısının bacısı Şərqiyyə xanım vəfat edib.

Qeyd edək ki, Ş.Xanbabayev 2004-cü ildən Xaçmaz RİH-in başçısıdır. O, 90-cı illərdə 8 il müddətində Naxçıvan MR baş naziri vəzifəsini tutub, daha sonra isə nazir müavini kimi çalışıb.